"Fənərbaxça"nın futbolçusu iki ay oynamayacaq

22:55 - 1 Mart 2022

“Fənərbaxça”nın zədəli futbolçusu Fərdi Kadıoğlunun son durumu məlum olub.

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 1,5-2 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə  komandanın baş məşqçisi İsmayıl Kartal yerli mətbuata açıqlamasında bildirib.

Fərdi Konfrans Liqasında “Slaviya”ya qarşı keçirilən səfər matçında (2:3) zədələnmişdi.

Xəbər xətti