Məsut Özil "Fənərbaxça"dan gedir? - Menecerindən açıqlama

17:08 - 5 Mart 2022

"Fənərbaxça"nın kapitanı Məsut Özilin meneceri Erkut Söyüt açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, 33 yaşlı yarımmüdafiəçinin müqaviləsinin sonuna kimi İstanbul təmsilçisində qalacağını bildirib:

 

"Hər kəsə açıq şəkildə demək istəyirəm ki, Məsut Özil müqaviləsinin sonuna qədər "Fənərbaxça"da qalacaq. Bu mövzu ilə bağlı heç kəsin şübhəsi olmasın. Mediada yazılanları normal qarşılayırıq. Bəzən də gülüb keçirik, Məsut da elə edir".

 

Qeyd edək ki, Məsut Özil "Fənərbaxça"ya 2021-ci ilin qışında "Arsenal"dan keçib. Almaniya millisinin sabiq üzvünün "sarı-lacivərtlilər"lə müqaviləsi 2024-cü ilin yayına kimidir.

Xəbər xətti