"Fənərbaxça" "Trabzonspor"la sülh bağladı - VİDEO

10:53 - 7 Mart 2022

Türkiyə Super Liqasında 28-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında "Fənərbaxça" doğma meydanda lider "Trabzonspor"u qəbul edib. İki qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

 

Xallarını 67-yə yüksəldən "Trabzonspor" liderliyini davam etdirir. "Fənərbaxça" isə 47 xalla üçüncü yerdədir.

 

"Fənərbaxça" - "Trabzonspor" 1:1

Qollar: Mixa Zayts, 71 - Antoni Nvakaeme, 22

Qırmızı vərəqə: İrfan Can Lahveci, 18

 

Xəbər xətti