Namik Ələskərovun yeni baş məşqçisi müəyyənləşdi

13:12 - 7 Mart 2022

Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa təmsilçisi Mustafa Erlə razılıq əldə edib. Anlaşmanın yaxın zamanda açıqlanacağı gözlənilir.

 

42 yaşlı mütəxəssis bu postda dünən istefaya göndərilən Tamer Tunanı əvəz edəcək.

 

Qeyd edək ki, Mustafa Er 2020-ci ilin sentyabrından 2021-ci ilin avqust ayınadək "Bursaspor"un baş məşqçisi olub.

Xəbər xətti