"Bursaspor"da növbəti ayrılıq

15:05 - 7 Mart 2022

Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"da növbəti ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, Türkiyə I Liqa təmsilçisi idman direktoru Deniz Kolqu ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. Bu barədə "timsahlar"ın rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, "Bursaspor" dünən baş məşqçi Tamre Tuta ilə də yollarını ayırmışdı.

Xəbər xətti