Türkiyə klubu baş məşqçini istefaya göndərdi

16:42 - 7 Mart 2022

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Göztəpə" Nestor El Maestro ilə yollarını ayırıb. Bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb. 38 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Nestor El Maestro 2021-ci ilin sentyabr ayında "sarı-qırmızılar"ın baş məşqçisi təyin olunmuşdu.

 

28 turdan sonra 27 xal toplayan "Göztəpə" Türkiyə Super Liqasında turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti