"Qalatasaray" derbisi öncəsi "Beşiktaş"a şad xəbər

14:16 - 8 Mart 2022

"Beşiktaş"ın zədəli futbolçuları Josef de Souza ve Domagoy Vida komandaya qoşulub.

 

Sportal.az xəbər verir ki, hər iki oyunçu "Qalatasaray" derbisində komandaya kömək edə biləcək. Digər zədəli Miralem Pyaniçin isə meydana çıxmaq ehtimalı azdır.

 

Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" qarşılaşması 14 mart tarixində Bakı vaxtilə saat 22:00-da baş tutacaq.

Xəbər xətti