Türkiyə klubunun yeni baş məşqçisi məlum oldu

15:56 - 9 Mart 2022

Türkiyənin "Göztəpə" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İzmir klubunu Stepan Tomas çalışdıracaq. Bu barədə "sarı-qırmızılar"ın rəsmi saytı məlumat yayıb. Super Liqa təmsilçisi 45 yaşlı xorvatiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalayıb.

 

Son klubu "Rizəspor" olan Stepan Tomas "Göztəpə"nin baş məşqçisi postunda iki gün əvvəl istefaya göndərilən Nestor El Maestronu əvəz edib.

 

28 turdan sonra 27 xal toplayan "Göztəpə" Türkiyə Super Liqasında turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti