Türkiyəli hakim karyerasını bitirdi

20:18 - 9 Mart 2022

Türkiyəli tanınmış hakim Mete Kalkavan karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı referi istefa ərizəsini Mərkəzi Hakimlər Komitəsinə təqdim edib.

 

Mete Kalkavanın karyerasını bitirməyinə səbəb mövsümün qalan hissəsində oyunlara təyinat almayacağıdır. Belə ki, Mərkəzi Hakimlər Komitəsi 13 referinin adını cari mövsümdə Super Liqa və 1-ci Liqada oyun idarə edəcək hakimlərin siyahısından çıxarıb.

Xəbər xətti