Namiklə Vüsalın komandalarının oyunları təxirə salındı

14:33 - 10 Mart 2022

Türkiyədə I, II və III Liqalarda həftəsonu baş tutmalı olan bütün oyunlar təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı qərar verib. Qarşılaşmların təxirə salınmasına səbəb əlverişsiz hava şəraitinin olacağıdır. Matçlar bir həftə sonra baş tutacaq.

 

Bu qərar Türkiyə Super Liqasına şamil edilməyib. Super Liqa oyunları təqvimə uyğun olaraq davam edəcək.

 

Qeyd edək ki, azərbaycanlı futbolçular Namik Ələskərov ("Bursaspor") və Vüsal İskəndərlinin (Ankara Keçiörengücü") komandaları da Türkiyə I Liqasında mübarizə aparır.

Xəbər xətti