"Qalatasaray" İstanbul derbisinin təxirə salınmasını istəyir - "Beşiktaş" razılaşmır

18:44 - 11 Mart 2022

"Qalatasaray" Türkiyə Super Liqasının XXIX turunda "Beşiktaş"la ev oyununun təxirə salınmasını istəyir.

Sportal.az xəbər verir ki, İstanbul klubu bu məqsədlə Türkiyə Futbol Federasiyasına müraciət edib. "Sarı-qırmızılılar" Avropa Liqasında "Barselona" ilə oyuna daha yaxşı hazırlaşmaq üçün matçın baş tutmamasını istəyir.

"Beşiktaş" tərəfi qarşılaşmanın təxirə salınmasının əleyhinədir. Klubdan edilən açıqlamalarda onlara hər hansı müraciətin olmadığı, ancaq olacağı təqdirdə də qəbul etməyəcəkləri bildirilib.

"Qalatasaray" - "Beşiktaş" matçı martın 14-də oynanılacaq. "Barselona"ya qarşı Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu isə martın 17-də olacaq.

Xəbər xətti