Cenk Tosun üçün mövsüm bitdi

18:40 - 14 Mart 2022

İngiltərənin "Everton" klubunun hücumçusu Cenk Tosun zədələnib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı forvardın əzələsində yırtıq aşkarlanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Türkiyə millisinin üzvü üçün mövsümün bitdiyi bildirilir.

 

Qeyd edək ki, Cenk Tosun cari mövsümdə "Everton"un heyətində 3 oyunda meydana çıxıb.

Xəbər xətti