UEFA "Fənərbaxça"nı cərimələdi

18:29 - 26 Mart 2022

UEFA Türkiyənin "Fənərbaxça" klubunu cərimələyib.

 

Sportal.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşləri səbəb olub. Fanatlar Avropa Konfrans Liqası pley-off mərhələsinin "Slaviya" ilə keçirilən səfər oyununda meydançaya yad əşyalar atıb. Onların bu davranışına görə UEFA-nın İntizam Komitəsi "sarı-lacivərtlilər"i 27 500 avro məbləğində cərimələyib.

 

Qeyd edək ki, "Fənərbaxça" Çexiyada keçirilən oyunda rəqibinə 2:3 hesabı ilə məğlub olaraq Avropa Konfrans Liqasında mübarizəni dayandırmışdı.

Xəbər xətti