"Fənərbaxça"nın zədəliləri komandaya qoşuldu

20:58 - 31 Mart 2022

"Fənərbaxça" Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Kayserispor"la matçın hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin zədə səbəbindən məşqlərdən uzaq qalan futbolçuları Atilla Salai və Ferdi Kadıoğlu kollektivlə birlikdə çalışmalarda iştirak edib. Baş məşqçi İsmail Kartalın şans verəcəyi halda, hər iki futbolçu Kayseri səfərində meydana çıxa biləcək.

 

Qeyd edək ki, "Kayserispor" - "Fənərbaxça" qarşılaşması aprelin 2-si, Bakı vaxtilə saat 18:00-da baş tutacaq.

Xəbər xətti