Türkiyəli müdafiəçi uzun müddət oynamayacaq

19:20 - 1 Aprel 2022

Türkiyə millisinin üzvü Ozan Kabakın durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, İtaliya ilə keçirilən yoldaşlıq oyununun (2:3) 9-cu dəqiqəsində zədələnərək meydanı tərk edən 22 yaşlı müdafiəçisinin durumu ciddidir.

 

Kabakın çıxış etdiyi "Norviç Siti"nin baş məşqçisi Din Smit oyunçusunun durumu haqda məlumat verib. O, ayaq əzələsində xəsarət aşkarlanan türkiyəli müdafiəçisinin uzun müddət oynamayacağını bildirib.

Xəbər xətti