"Şaxtyor" Türkiyə klubları ilə qarşılaşacaq

14:14 - 4 Aprel 2022

Ukraynanın “Şaxtyor” klubu Türkiyə təmsilçiləri ilə yoxlama oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin direktoru Dario Srna yerli mətbuata açıqlamasında bildirib.

O, aprelin 13-də “Beşiktaş”, 19-da isə “Fənərbağça” ilə qarşılaşacaqlarını söyləyib. Oyunlardan əldə ediləcək gəlir Ukraynadakı müharibədən əziyyət çəkən insanlara yardım üçün xərclənəcək.

Xəbər xətti