Türkiyə Kubokunun finalı Bakıda keçirilməyəcək

16:42 - 4 Aprel 2022

Türkiyənin "Alanyaspor" klubu ölkə kubokunun final matçının Bakıda keçirilməsi üçün yerli federasiyaya müraciət etmişdi.

 

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu müraciətə mənfi cavab verib. Kubokun həlledici görüşü ölkəmizdə baş tutmayacaq.

 

Türkiyə Kubokunun final matçının keçiriləcəyi stadion artıq məlum olub. Belə ki, qarşılaşma 22 may tarixində, Bakı vaxtilə saat 21:45-də  "Atatürk Olimpiya Stadionu"da baş tutacaq.

 

Qeyd edək ki, finala vəsiqə uğrunda “Trabzonspor” “Kayserispor”la, “Alanyaspor” isə “Sivasspor”la qarşılaşacaq.

Xəbər xətti