"Beşiktaş" derbinin yenidən oynanılmasını istəyir

22:23 - 4 Aprel 2022

"Beşiktaş" Türkiyə Super Liqasının XXXI turunun "Trabzonspor"la matçın yenidən keçirilməsini istəyir.

Sportal.az xəbər verir ki, İstanbul klubu bununla bağlı Türkiyə Futbol federasiyasına müraciət edəcək. "Qara qartallar" hesab edir ki, derbidə hakimlər qaydalara zidd qərar veriblər. Bu səbəbdən qarşılaşma təkrar oynanılmalıdır.

Qeyd edək ki, "Trabzonspor" - "Beşiktaş" oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti