"Qalatasaray" "Dinamo" ilə qarşılaşacaq

22:54 - 7 Aprel 2022

Ukraynanın “Dinamo” komandası “Qalatasaray”la yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin çalışdırıcısı Mirça Luçesku yerli mətbuata açıqlamasında bildirib.

Matç aprelin 14-də İstanbulda baş tutacaq. Görüşdən əldə olunacaq gəlir Rusiya ilə müharibədə valideynləri həlak olan ukraynalı uşaqlara xərclənəcək.

Xəbər xətti