"Milli komanda heç vaxt alver mövzusu və seçim məsələsi olmamalıdı"

18:55 - 8 Aprel 2022

Türkiyə millisinin keçmiş futbolçusu Nuri Şahin açıqlama verib.

 

Sportal.az xəbər verir ki, hazırda "Antalyaspor"u çalışdıran mütəxəssis milli komanda ilə bağlı danışıb. 33 yaşlı məşqçi millinin seçim mövzusu olmadığını deyib:

 

"Milli komanda heç vaxt alver mövzusu və seçim məsələsi olmamalıdır. Ya türksən, ya da deyilsən. Bu mövzuda çox prinsipli və həssasam. Almaniya yığmasını seçənlərə hörmətlə yanaşıram, amma mənim fikrim belədir. Başqa ölkənin millisinin formasını geyib, sonra da çıxıb "Mən türkəm, vətən, millət, Sakarya" desəz, sizə gülərlər. Milli komanda karyeram istədiyim kimi keçmədi. Amma yenə seçməli olsam, Türkiyəni seçərdim".

 

Qeyd edək ki, Nuri Şahin 2005-2017-ci illərdə Türkiyə millisinin şərəfini qoruyub. O, "ay-ulduzlular"ın heyətində meydana çıxdığı 52 matçda 2 qol vurub.

Xəbər xətti