"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi Türkiyə klubunda

20:05 - 8 Aprel 2022

Türkiyəli məşqçi Mehmet Akın yeni iş yeri məlum olub.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis II Liqada mübarizə aparan "1461 Trabzon" klubunu çalışdıracaq. Onunla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Ak "1461 Trabzon"un baş məşqçisi postunda Yusuf Şimşəki əvəz edib.

 

Qeyd edək ki, Mehmet Ak Azərbaycanda "Neftçi" və "Qarabağ" klublarında məşqçi kimi çalışıb.

Xəbər xətti