Acun 500 azarkeşi Türkiyəyə istirahətə aparacaq - Öz hesabına

22:19 - 8 Aprel 2022

İngiltərənin "Hall Siti" klubunun sahibi Acun Ilıcılı azarkeşlərə jest edəcək.

 

Sportal.az xəbər verir ki, o, klubun 500 fanatını yayda Türkiyəyə aparacaq. Məlumatı İngiltərə mətbuatı yayıb. 5 ulduzlu oteldə qalacaq tərəfdarların bütün istirahət xərclərini Acun Ilıcalı qarşılayacaq.

 

Qeyd edək ki, "Hall Siti" 40 turdan sonra topladığı 41 xalla Çempionşipdə turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Xəbər xətti