İstanbul derbisində ev sahibləri sevindi - VİDEO

11:36 - 11 Aprel 2022

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında "Fənərbaxça" doğma meydanda "Qalatasaray"ı qəbul edib. İstanbul derbisi "sarı-lacivərtlilər"in 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 59-a yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Qalatasaray" isə 41 xalla 14-cü yerdədir.

 

"Fənərbaxça" - "Qalatasaray" 2:0

Qollar: Mixa Zayç, 26, Sərdar Dursun, 68

 

Xəbər xətti