"Fənərbaxça" uruqvaylı vingerlə 3 illik müqavilə imzaladı

13:30 - 15 Aprel 2022

Türkiyənin "Fənərbaxça" klubu icarə əsasında heyətinə qatdığı Dieqo Rossini birdəfəlik transfer edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi uruqvaylı vinger üçün onun müqavilə ilə məxsus olduğu "Los Anceles Qalaksi"yə 5,5 milyon avro ödəyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Sarı-lacivərtlilər" 24 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

 

"Fənərbaxça" Dieqo Rossini mövsümün əvvəlində icarəyə götürüb. Uruqvay millisinin üzvü "kanarya"nın heyətində meydana çıxdığı 33 oyunda 4 qol və 7 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti