15 yaşlı futbolçu "Fənərbaxça"nın tarixinə düşdü

22:40 - 19 Aprel 2022

"Fənərbaxça" xeyriyyə matçında Ukraynanın "Şaxtyor" klubunu 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşma İstanbul təmsilçisinin futbolçusu İsak Vural üçün əlamətdar olub. Yarımmüdafiəçi "Fənərbaxça"nın tarixi ərzində əsas komandanın heyətində meydana çıxan ən gənc oyunçu olub. O, 15 yaş 10 ay 23 günlüyündə bu nəticəyə imza atıb.

 

Qeyd edək ki, "Fənərbaxça" İsak Vuralı Portuqaliyanın "Benfika" klubundan transfer edib.

Xəbər xətti