"Fənərbaxça"da ciddi itki: Xeyriyyə matçında zədələndi

15:51 - 20 Aprel 2022

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Atilla Salai zədələnib. "Şaxtyor"la keçirilən xeyriyyə matçında (1:0) zədələnən macarıstanlı futbolçu meydanı xərəkdə tərk edib.

 

24 yaşlı mərkəz müdafiəçisinin son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Atilla Salai cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti