"Fənərbaxça"da ciddi itki - FOTO

10:15 - 23 Aprel 2022

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Megel Krespo zədələnib.

 

Super Liqanın 34-cü turunun "Rizəspor"la səfər oyununda (6:0) ayağından xəsarət alan 26 yaşlı futbolçu meydanı tərk edib. Dərhal xəstəxanaya aparılan portuqaliyalı yarımmüdafiəçinin sağ ayaq barmağında sınıq aşkarlanıb.

 

Krespo "Fənərbaxça"ya mövsümün əvvəlində Portuqaliyanın "Eştoril" klubundan keçib. O, "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 30 oyunda 3 qol və 3 qol ötürməsi ilə yadda qalıb.

 

Resim

Xəbər xətti