Türkiyə Super Liqasında feyr-pley nümunəsi komandanın aşağı liqaya düşməsinə səbəb oldu

19:05 - 23 Aprel 2022

Türkiyə Super Liqasının 34-cü turunun "Qaziantep" - "Göztəpə" matçında maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, 90+2-ci dəqiqədə İzmir təmsilçisi oyunda hesabı açıb. Lakin "Göztəpə" futbolçuları vurduqları qolun feyr-pley qaydalarına zidd olduğunu düşünüb. "Qaziantep" oyunçuları mərkəzdən topu oyuna daxil edərkən qonaq komanda onların qol vurmasına şərait yaradıb. "Qara-qırmızılar"ın heyətində Joao Fiqueyredo fərqlənib.

 

"Qaziantep" son dəqiqədə penalti qazanıb. Topa yaxınlaşan Muhammed Demir bilərəkdən penaltini qeyri-dəqiq yerinə yetirib.

 

1:1 hesablı heç-heçədən sonra "Göztəpə" aşağı liqaya düşüb. "Sarı-qırmızılar"ın 28 xalı var və mövsümün bitməyinə 4 tur qalmış Super Liqada qalmaq şanslarını itiriblər.

Xəbər xətti