Şuşada "Bizə hər yer Trabzon" şüarı - VİDEO

12:58 - 26 Aprel 2022

"Trabzonspor"un bir qrup azarkeşi Super Liqada çempionluğun rəsmiləşə biləcəyi 35-ci turun "Antalyaspor"la matçından əvvəl Şuşaya səfər edib.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər"in fanatları Şuşa qalasında klubun bayrağını açıb və "Bizə hər yer Trabzon" şüarını səsləndiriblər.

 

34 turdan sonra 76 xal toplayan "Trabzonspor" Super Liqada turnir cədvəlinin lideridir. Qara Dəniz təmsilçisi ən yaxın izləyicisi olan "Fənərbaxça"nı 11 xal qabaqlayır. Avdulla Avcının rəhbərlik etdiyi kollektiv "Antalyaspor"la oyunda meydanı 1 xalla tərk etsə, çempion olacaq.

 

Xəbər xətti