"Fənərbaxça"nın prezidenti portuqaliyalı məşqçi ilə görüşdü

13:18 - 27 Aprel 2022

Türkiyənin "Fənərbaxça" klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı Jorje Jesusla danışıq aparır. "Sarı-lacivərtlilər"in prezidenti Ali Koç Lissabonda 67 yaşlı mütəxəssislə görüşüb.

 

Təcrübəli çalışdırıcı "Fənərbaxça"dan özü və köməkçiləri üçün illik 10 milyon avro maaş tələb edib. Super Liqa təmsilçisi bu məbləği aşağı salmağa çalışır. Maaşla bağlı razılıq əldə olunsa, yeni mövsümdə "kanarya"nı Jorje Jesus çalışdıracaq.

 

Qeyd edək ki, hazırda "Fənərbaxça"nın baş məşqçisi İsmail Kartaldır. 60 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti