Super Liqanın lideri qanalı hücumçu transfer edir

16:10 - 28 Aprel 2022

Türkiyə Super Liqasının lideri olan "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər" çempionatı tərk edəcəyi dəqiqləşən "Yeni Malatyaspor"un hücumçusu Benjamin Tettehin xidmətində maraqlıdır. Qana mətbuatının yazdığına görə, Qara Dəniz təmsilçisi mövsümün sonunda 24 yaşlı forvardla müqavilə imzalayacaq.

 

Benjamin Tetteh "Yeni Malatyaspor"a 2021-ci ilin yayında Çexiyanın "Sparta" klubundan transfer olunub. Qanalı futbolçu "sarı-qaralar"ın heyətində meydana çıxdığı 24 oyunda 8 qol və 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti