Türkiyə Super Liqasında yeni mövsümün başlama vaxtı məlum oldu

13:23 - 29 Aprel 2022

Türkiyə Super Liqasında 2022/2023 mövsümünün başlayacağı tarix məlum olub.

 

Sportal.az xəbər verir ki, çempionata 5, 6, 7, 8 avqust tarixlərində start veriləcək. Mövsümün bitmə tarixi isə 2023-cü ilin 28 mayına təyin olunub.

 

Qətərdə baş tutacaq dünya çempionatına görə 14 noyabr tarixində çempionatda fasilə elan olunacaq.

 

Qeyd edək ki, yeni mövsümdə Türkiyə Super Liqasında 19 komanda mübarizə aparacaq.

Xəbər xətti