"Beşiktaş" Kayseriyə ciddi itkilərlə getdi

17:56 - 30 Aprel 2022

"Beşiktaş" Türkiyə Super Liqasının 35-ci turunda səfərdə "Kayserispor"un qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu matça ciddi itkilərlə çıxacaq. Müdafiəçi Domaqoy Vida, yarımmüdafiəçilər Jozef De Souza və Can Bozdoğan zədə səbəbindən "qara qartallar"ın Kayseri səfərinə aparılmayıb.

 

Qeyd edək ki, "Kayserispor" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti