"Kəpəz" belaruslu müdafiəçi transfer etdi

11:06 - 4 Avqust 2022

Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Yeqor Xvalko ilə bir illik müqavilə imzalayıb. Bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

 

25 yaşlı belaruslu futbolçu müdafiə xəttində çıxış edir. Xvalkonun son klubu vətənində "Arsenal" (Zerjinsk) olub.

Xəbər xətti