"Rapid"in baş məşqçisi: "Neftçi" ilə oyunda hər şey yaxşı olacaq"

11:59 - 8 Avqust 2022

Avropa Konfrans Liqası III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid"in baş məşqçisi Ferdinand Feldhofer açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Avstriya Bundesliqasının 3-cü turunun "Austria"ya (Lustenyau) qarşı matçından sonra (1:1) yerli mətbuata danışıb. Vyana təmsilçisinin çalışdırıcısı "Neftçi" ilə oyunda hər şeyin yaxşı olacağını deyib:

 

"Neftçi" ilə çətin oyundan və uzun səfərdən sonra layiqli performans sərgilədik. Bakı səfəri bəhanə deyil, amma ümumilikdə bu matçda pis çıxış etmədik. Gərgin həftə keçirdik. Bu oyundan sonra əminəm ki, Konfrans Liqasında "Neftçi" ilə oyunda da hər şey yaxşı olacaq".

 

Qeyd edək ki, "Neftçi" Bakıda keçirilən ilk qarşılaşmada "Rapid"i 2:1 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 11 avqust tarixində Avstriyada olacaq.

Xəbər xətti