"Viktoriya"nın sabiq çalışdırıcısı: "Qarabağ"ın "Ferentsvaroş"u keçməsi mənim üçün şok olmadı"

"Viktoriya"nın sabiq baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu ilə "Qarabağ" arasında keçiriləcək matçla bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, "Česká televize"yə danışan təcrübəli məşqçi bunları deyib: 

"Viktoriya"nı cütün favoriti adlandırmazdım. Təbii ki, autsayderi də deyil. Şanslar 50/50-di. Plzen klubunda yenidən əla kollektiv yaranıb. Hansı ki, uğur üçün can atırlar. “Ferentsvaroş” da güclü klubdu. Amma mən “Qarabağ”ın qalib gələcəyini iddia edirdim. Macarıstan mətbuatı da oyundan öncə onları düzgün qiymətləndirmirdi. Amma onları yaxından və diqqətli izləyən biri kimi deyə bilərəm ki, “Qarabağ” çox güclüdü. Mənim üçün onların “Ferentsvaroş”u keçməsi şok olmadı".

Pivarnik, 2016-cı ildə rəhbərlik etdiyi “Viktoriya”nın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ı keçməsini də xatırlayıb:

“Evdə çox yaxşı oynamışdıq. Təəssüf ki, hakim Yan Baraneki meydandan qovdu. 10 nəfərlə rəqib qapısı qarşısında heç bir təzyiq göstərə bilmədik. Amma səfər görüşü daha emosional alındı. Rəqibin iki təhlükəli epizodunun qarşısını aldıq və Kremençik qol vurdu. O, məşqlərdə daim fərqlənirdi. Həmin vaxtı Bakıdakı hava elə bizdəki kimi idi. Axşam saatlarında oynadığımıza görə, hardasa daha asan idi. Çox rütubətin olduğunu xatırlamıram".

Tarix: 11 Avqust [20:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Oktyabr 2022
6  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio