"Kəpəz" yeni məqçinin rəhbərliyi ilə məşqə çıxdı

21:07 - 29 Avqust 2022

"Kəpəz" bu gün istirahəti başa vuraraq məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisini hazırlığa əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov və köməkçiləri çıxarıb. Məşq prosesi Gəncə şəhər stadionunun əsas meydanında olub.

 

Qeyd edək ki, "Kəpəz" bu gün Yaşar Vahabzadəni istefaya göndərib. Yeni baş məşqçi təyinatı olana qədər komandanı Xaliq Mərdanov çalışdıracaq.

Xəbər xətti