“Kəpəz” Premyer Liqanın 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəyi oyuna hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov məşq prosesinə əvəzedici heyətin və 16 yaşlılardan ibarət komandanın üç futbolçusunu da cəlb edib.
“Sarı-göylər”in zədəli oyunçularından Kamran İbrahimov, Tural Rzayev tam sağalıb və kollektiv məşqlərdə iştirak edirlər. Fərid Nəbiyev isə fərdi halda çalışır.
saytlarin hazirlanmasi