"Kəpəz" Azərbaycan Premyer Liqasının 9-cu turunun matçında səfərdə "Sabah"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq. Əfran İsmayılov və Samir Məhərrəmli zədəlidirlər. Zədəsi olan digər futbolçu Giorgi Kantariya isə həm də cəzalıdır.
Qeyd edək ki, "Sabah" - "Kəpəz" qarşılaşması bu gün saat 19:30-da "Bank Respublika Arsena"da baş tutacaq.
saytlarin hazirlanmasi