"Kəpəz" derbiyə hazırlaşır

20:15 - 12 Oktyabr 2022

"Kəpəz" tarixi derbinin hazırlıqlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, oktyabrın 16-da doğma meydanda "Neftçi" ilə qarşılaşacaq Gəncə təmsilçisi dünəndən qarşıdakı oyunun hazırlıqlarına start verib.

 

Baş məşqçi Tərlan Əhmədovun yetirmələri bu gün iki dəfə məşq ediblər. Səhər məşqi saat 10:00-da, axsam hazırlığı isə 17:00-da başlayıb.

Xəbər xətti