AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda 2 qərar qəbul olunub:
1. "Kəpəz" Peşəkar Futbol Klubu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin.
2. AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixdə “Kəpəz” PFK barəsində qəbul etdiyi 4000 (dörd min) AZN məbləğində cərimə cəzası qüvvədə saxlanılsın.