Gəncədə “Neftçi” ilə oyunu tribunadan izləyərək "Kəpəz"in qol vura bilməməsinə üzülən və atası tərəfindən çəkilən görüntülərlə sosial şəbəkərlərdə məşhurlaşan Cahid Məmmədzadə “sarı-göylər”in məşqinə dəvət olunub.
Sportal.az xəbər verir ki, hazırlıq prosesi başa çatdıqdan sonra 9 yaşlı azarkeş klubun İdarə Heyətinin sədri İlqar Nadiri, baş məşqçi Tərlan Əhmədov və futbolçularla görüşüb. Ona “Səbail” ilə keçiriləcək ev oyunu üçün biletlər, qolbağı və komanda üzvlərinin imzaladığı top hədiyyə olunub.
Tərlan Əhmədov növbəti oyun üçün Cahidin yenə tribunada yer almasını istəyərək futbolçuların bu dəfə onu qolla sevindirəcəyinə inandığını bildirib. Məmmədzadə isə öz növbəsində sevimli komandasına çılğın azarkeşlik edəcəyinə söz verib.