“Kəpəz”in yarımmüdafiəçisi Fərid Nəbiyev klubun mətbuat xidmətinə müsahibə verib.
Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
– Fərid, əvvəlcə “Qəbələ” ilə oyun haqda fikirlərini öyrənmək istərdik…
– “Qəbələ”yə qarşı oyun çox gərgin və maraqlı mübarizə şəraitində keçdi. İlk hissədə meydanda istədiklərimizi həyata keçirməkdə çətinlik çəkdik. Amma fasilədən sonra demək olar ki, oyuna nəzarəti ələ aldıq və rəqib qapısı önündə epizodlar yaratdıq. Hətta qələbə də qazana bilərdik. “Qəbələ” kimi komanda ilə səfərdə bir xal qazanmaq pis nəticə deyil.
– Baxımlı qol vurdun. Belə zərbə alınacağını gözləyirdin?
– Əslində həmişə məşqlərdə uzaq məsafələrdən zərbələr üzərində işləyirik. Bu da düşünürəm ki, öz nəticəsini verdi. Qola gəlincə, həmin epizodda top ayağıma belə deyək ki, yaxşı oturdu. “Kəpəz”də ilk qolumu vurdum. Ümid edirəm ki, bunun davamı gələcək.
– Qəbələdə qazanılan bir xal komandaya nə verəcək?
– Bizim üçün hər bir xal önəmlidir. Düşünürəm ki, səfərdə qazandığımız bir xal qarşıdakı oyunlarda qalib gəlmək üçün yaxşı motivasiya olacaq.
– “Səbail” ilə oyun üçün nə söz verirsən?
– Ev oyununda azarkeşlərimizin dəstəyinə çox ehtiyacımız olacaq. Bizdə bu dəstəyi hiss edərək əlimizdən gələnin maksimununa çalışmalıyıq. Fanatlarımızı qələbə ilə sevindirmək istəyirik.
– Qarşıdakı görüşdə əsas heyətdə yer alacağına inanırsan?
– Bu, baş məşqçinin qərarına bağlı məsələdir. Hər şey futbolçunun hazırlığından asılıdır. Əsas heyətdə olsam və ya meydana sonradan çıxsam da, komandam üçün ən yaxşısı etmək istəyirəm.
– Qardaşın Yusiflə birgə oynamaq ürəyincədi?
– Əlbəttə, bir-birimizi yaxşı başa düşürük. Və onunla eyni komandada çıxış etmək mənə yaxşı hisslər bəxş edir.
saytlarin hazirlanmasi