"Emin "Neftçi" üçün çox dəyərli futbolçudur. Onunla müqavilə müddətinin uzadılması ilə bağlı danışıq aparırıq. Hazırda ciddi fikir ayrılığı yoxdur".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Zaur Əzizov deyib. O, klubun televiziya kanalına açıqlamasında Mahmudovun "Neftçi"də qalmaq istəməsindən danışıb:
"Heç kim düşünməsin ki, Emin özünə başqa komanda axtarır. O, daha çox şəxsi həyatı ilə bağlı planları necə quracağına qərar vermək istəyir. Hazırda onun qərarını verəcək. Emin özü də demişdi ki, həmişə müqaviləm başa çatdıqdan sonra onu uzadıram. O, heç bir klubla danışıq aparmır. Özü də, "Neftçi"də qalmaq istəyir".
Mirbağırağa
saytlarin hazirlanmasi