İsveç millisinin baş məşqçisi: "Bu cür nəticədən sonra tənqidi qəbul edə bilmərəm"

10:25 - 28 Mart 2023

İsveç milli komandasının baş məşqçisi Yanne Andersson AVRO-2024-ün F qrupunun seçmə mərhələsinin 2-ci turu çərçivəsində Solnada Azərbaycan yığması üzərində qazandıqları qələbəni (5:0) şərh edib.

Sportal.az “Viaplay TV”yə istinadən xəbər verir ki, isveçli məşqçi 5:0 hesablı qələbədən sonra da tənqidlərin olmasını qəbul etməyib:

“Bu oyuna görə komandaya minnətdaram. Amma bu cür nəticədən sonra tənqidi qəbul edə bilmərəm. Bu halda özümüzü qoruyacağıq. Mənim də hisslərim var və belə matçlardan sonra tənqidlərin başlamasını xoşlamıram. 5:0-dan sonra bir az da sevinmək olardı. Biz hamımız İsveçin daha yaxşı olmasını istəyirik. Amma kənardan danışmaq asandır”.

Xəbər xətti