Millimizin üzvünün son durumu bəlli oldu

15:27 - 28 Mart 2023

AVRO-2024-ün seçmə mərhələsinin ilk turunun martın 24-də keçirilmiş Avstriyaya qarşı keçirilmiş görüşündə zədələnmiş milli komandamızın üzvü Eddi İsrafilovun son durumuna aydınlıq gəlib. 

Sportal.az xəbər verir ki, "Neftçi"nin düşərgəsinə qayıdan İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə olduğu aşkarlanıb. 

Müalicəsinə start verilən yarımmüdafiəçinin təxminən iki həftdə sonra məşqlərə başlayacağı ehtimal olunur.

Xəbər xətti