"Neftçi" aparıcı üzvlərindən birini komandada saxlamaq niyyətindədir.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” Eddi İsrafilovun müqavilə müddətini artırmaq istəyir.
Paytaxt klubunun rəhbərliyi Azərbaycan millisinin üzvünü daha bir il artırmağı planlaşdırır.
2022-ci ildə “Neftçi”yə keçmiş 30 yaşlı yarımmüdafiəçinin hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. İsrafilov “Mursiya”, “Qranada”, “Eybar”, “Kordoba”, “Kadis”, “Ximnastik”, “Alkarkon”, “Albasete” klublarında oynayıb.
saytlarin hazirlanmasi