"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 29-cu turunun şənbə günü "Sumqayıt"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis komandanın məşq prosesindən öncə həm də kubokdakı məqsədlərindən söhbət açıb:
"Sumqayıta qələbə üçün gedəcəyik. Əminliklə deyə bilərəm ki, biz buna nail olacağıq. Hazırlıqlar yaxşı gedir. Aparıcı futbolçulardan bəziləri zədəlidir, amma ümid edirəm ki, onlar matça hazır olacaqlar. Eddi İsrafilov artıq komanda ilə məşqlərə başlayıb. Ümid edirəm ki, Ataa Caber də tezliklə bizə qoşulacaq. Kadr itkilərinə baxmayaraq, onları əvəz edəcək oyunçularımız var. Ümid edirəm ki, onlar əllərindən gələni edəcəklər".
Təcrübəli mütəxəssis ölkə kubokunu qazanmaq niyyətində olduqlarını söyləyib: "Bizim üçün hər oyun üç xala bərabərdir. Bu mövsüm "Neftçi"nin əsas məqsədi kuboku qazanmaqdır. Kubokun oyunlarını düşünərək, Premyer Liqada da yaxşı çıxış etməyə çalışırıq. Görək bu bizi hara aparacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi