"Azərbaycanda işlədiyim vaxtlarda "Neftçi"nin qarşısına çempionluq məqsədi qoyulmuşdu. Onlar bunu qazana bilirdi. Şübhəsiz ki, "Neftçi"nin üçüncü pillədə qərarlaşması azarkeşlərini sevindirmir. Amma Laurentsiu Regekampfın komandanı bərpa etmək üçün lazımi bacarığı və təcrübəsi olduğunu bilirəm".
Bu sözləri Sportal.az saytına açıqlamasında Mirça Rednik deyib. Vaxtı ilə "Xəzər Lənkəran"da işləmiş rumıniyalı mütəxəssis həmyerlisi, "Neftçi"nin baş məşqçisi olan Laurentsiu Regekampf barədə danışıb. Təcrübəli mütəxəssisin fikrincə, Regekampf "Neftçi"də titul qazana bilməsə, paytaxt klubunda işinə davam etməsi çətin olacaq:
"Aydın məsələdir ki, “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. “Neftçi” bu mövsüm heç bir titul qazanmasa, Regekampf üçün davam etmək çətin olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi