Emin Mahmudov Azərbaycan çempionatında 150-ci oyununu keçirib.
Sportal.az PLF-ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib.
"Turan Tovuz"la səfər matçı “ağ-qaralar”ın kapitanı üçün əlamətdar olub. O, Premyer Liqada keçirdiyi 150 oyunun hamısında “Neftçi” forması geyinib.
Debütü 2017/18 mövsümünə təsadüf edən Emin bu görüşlərdə 37 qola imza atıb. Yarımmüdafiəçi klub tarixində Azərbaycan çempionatında 150 və daha çox matça çıxan 6-cı futbolçudur. 1992-ci ildən keçirilən yarışda Mahmudova qədər 5 oyunçu ağ-qara forma ilə ən azı 150 dəfə meydana çıxıb.
Qeyd edək ki, “Neftçi” bu qarşılaşmada 0:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi